Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar qəbulu Həsənli kəndində baş tutub

20 iyul 2022 | 16:31

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə Həsənli kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Məşədivəlilər kəndində səyyar qəbul-görüş keçirmişdir.

Əvvəlcə kənd sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla icra olunan daxili və xarici siyasətdən bəhs etmiş, həmin siyasətin sosial yönümlü olduğunu vurğulamışdır. İcra başçısı ölkədə həyata keçirilən bütün tədbirlərin mərkəzində insan amili dayandığını qeyd etmiş, bu istiqamətdə rayonumuzda görülən işlər barədə kənd sakinlərini məlumatlandırmışdır.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. İcra başçısı vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Kənd sakinləri ölkə rəhbərliyi tərəfindən insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. 

Keçidlər