Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar qəbulu Əlibəyli kəndində keçirilib

08 iyun 2023 | 15:41

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbulu rayonun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində keçirilib.

Səyyar qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda Əlibəyli kənd sakinlərini maraqlandıran məsələlər dinlənilib və səslənən müraciətlər ilə bağlı aidiyyatı idarələrə tapşırıqlar verilib. Müraciətlərin bəziləri yerində həll olunub, digərlərinin icrası isə nəzarətə götürülüb.

Əlibəyli sakinləri sərhəd kəndinə göstərilən böyük diqqət-qayğıya görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər