İcra başçısının növbəti səyyar qəbulu Ağacqala kəndində baş tutub
Tovuz rayonunun ucqar dağ kəndi olan Ağacqala kəndində rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun səyyar qəbul-görüşündə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələri rəhbərləri iştirakı ediblər.
Əvvəlcə kənd sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə, o cümlədən Tovuz rayonunda yerinə yetirilən sosial-iqtisadi layihələr və tədbirlər barədə ətraflı məlumat vermişdir.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerinə yetirilməsi ilə bağlı göstəriş verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Ağacqala kəndinin sakinləri əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə başçısına təşəkkürlərini ifadə ediblər.