Şriftin ölçüsü :

Saytın rəngi :

İcra  başçısının Əlimərdanlı kəndində səyyar qəbulu keçirilib

30 noyabr 2023 | 18:15

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Əlimərdanlı kəndində səyyar qəbul-görüşü keçirilib.

M.Musayev adına Əlimərdanlı kənd tam orta məktəbin  binasında baş tutan  səyyar qəbulda Dövlət Təhlükəsizliyinin Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Kəmal Nəbiyev, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, idarə, müəssisə və  təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Qəbul zamanı Əlimərdanlı  kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Əlimərdanlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər