İcra başçısının Dönük Qırıqlı kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Dönük Qırıqlı kəndində səyyar qəbul-görüşü keçirilib.
Dönük Qırıqlı kənd həkim məntəqəsinin binasında baş tutan səyyar qəbulda hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı Dönük Qırıqlı kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerindəcə həll olunması ilə bağlı lazımi tapşırıqlar verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.
Dönük Qırıqlı kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, rayonda görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.