İcra başçısının Dondar Quşçu kəndində səyyar qəbulu keçirilib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Dondar Quşçu kəndində növbəti səyyar qəbulu keçirilmişdir.
Dondar Quşçu kənd tam orta məktəbinin binasında baş tutan səyyar qəbulda rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı çıxış edən Dondar Quşçu kənd sakinləri onları narahat edən məsələləri dilə gətirmişlər. Kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli istiqamətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Dondar Quşçu kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.