Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının anım günü münasibəti ilə şəhid məzarlarını ziyarəti davam edir

17 sentyabr 2025 | 19:32
27 sentyabrın anım günü münasibəti ilə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid məzarlarını ziyarəti davam edir.
 
RİH başçısı rayonun Xatınlı, Qaraxanlı, Hunanlar, Əlimərdanlı, Aşağı Mülkülü, Aran, Dönük Qırıqlı və Alakol kəndlərində dəfn olunan bütün şəhidlərimizin məzarlarını ziyarət edib, dərin hörmət və ehtiramla məzarlarına gül-çiçək dəstələri düzüb. Şəhidlərimizin əziz ruhuna dualar oxunmuşdur.
 
Sonra İcra başçısı şəhidlərin ailə üzvüləri və Vətən Müharibəsi qaziləri ilə görüşüb, onların problemləri, qayğıları ilə maraqlanıb. İcra başçısı çıxış edərək şəhid ailələrinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu, onların sosial-məişət qayğılarının həlli istiqamətində mütəmadi tədbirlər görüldüyünü bildirib. Qeyd olunub ki, şəhidlərin əziz xatirəsini yaşatmaq, ailələrinə mənəvi dayaq olmaq hər birimizin borcudur.
 
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər