İcra başçısının Alakol kəndində səyyar qəbulu keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Alakol kəndində səyyar qəbul-görüşü keçirilib.
Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəbin binasında baş tutan səyyar qəbulda rayon Polis Şöbəsinin rəisi, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən Alakol kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan kəndlərin sakinlərinin müraciətləri dinlənilib və birgə həll yolları araşdırılıb. Səsləndirilən problemlərin dərhal araşdırılması və aradan qaldırılması üçün RİH başçısı tərəfindən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini qeyd etmiş, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.