İcra başçısı XXVII Azərbaycan çempionatında I yer tutan idmançı ilə görüşüb
Tovuz rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədov cari ildə kikboksinq üzrə Azərbaycan çempionatında I yer tutan Sovet Kazımov adına Qovlar şəhər tam orta məktəbin XI sinif şagirdi idmançı Mehdiyeva Fatimə Əziz qızı ilə görüşüb.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Fatimə Mehdiyeva ilə görüş zamanı onu təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu idman siyasətindən, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışmış, bundan sonrakı işlərində və idman sahəsindəki fəaliyyətində idmançımıza uğurlar arzulamışdır.
F.Mehdiyeva ölkə rəhbərliyinin idmana və gənclərə ayırdığı diqqət və qayğıya görə öz minnətdarlığını ifadə etmiş, bundan sonrakı yarışlarda da uğurla iştirak edərək ölkəmizin və rayonumuzun adını daim zirvəyə qaldıracağını vurğulamışdır.
Görüşün sonunda Fatimə Mehdiyevaya Tovuz rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunmuşdur