İcra başçısı Vahidli kəndində səyyar qəbul-görüş keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbulu rayonun Vahidli kəndində keçirilib.
A.Sadıqov adına Vahidli kənd tam orta məktəbində baş tutan səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Vahidli kəndinin sakinləri kəndin ümumi problemlərini, həmçinin şəxsi məsələləri ilə bağlı müraciətlərini bildiriblər. Bəzi müraciətlər yerində həll olunub, digər məsələlərin həlli üçün müvafiq təşkilatlara lazımi tapşırıqlar verilib.
Vahidli kənd sakinləri vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqəmətində görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.