Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Türkiyədən müalicədən qayıdan qazini evində ziyarət edib

04 iyul 2022 | 17:54

Tovuz rayon Aşağı Quşçu kənd sakini Qocayev Emil Azər oğlu 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanmışdır. Qazimiz ötən ilin 25 mart tarixində "YAŞAT" Fondu tərəfindən müalicə üçün Türkiyəyə göndərilmiş və müalicə olunduqdan sonra   3 iyul 2022-ci ildə Aşağı Quşçu kəndinə qayıtmışdır.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, RİH başçısı aparatının məsul işçiləri, YAP Tovuz rayon təşkilatı sədri Nihad Pənahov, İctimai Şuranın sədri Məzahir Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev Türkiyədən müalicədən qayıdan Emil Qocayevi evində ziyarət ediblər.

Məmməd Məmmədov qazimizin sağlamlıq durumu, ailə-məişət qayğıları ilə maraqlanıb. İcra başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qazandığı qələbə tarixi əhəmiyyətə malikdir və həmin qələbə sayəsində 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz təmin edilib.

Emil Qocayev Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Qazimiz Vətən müharibəsi iştirakçılarına, qazilərimizə və şəhid ailələrinə göstərilən diqqətə və onun müalicəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər