Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sərhəd kəndlərində içməli su və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması məqsədilə görülən işlərlə yerində tanış olmuşdur

21 noyabr 2022 | 10:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvəllərinin intensiv atəşə tutulması nəticəsində mülkü əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəcamına əsasən rayonun Ağdam, Vahidli, Dondar Quşçu, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinin sosial infrastrukturunun yaxşılaşdırılması tapşırılmışdır.

Həmin sərəncamın icrası çərçivəsində hazırda Tovuz rayonunun Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacıalılı kəndlərinin su təchizatının yaxşılaşdırılması işlərinə başlanılmışdır.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Ağdam və Hacıalılı kəndlərində tikintisi davam edən su anbarlarında olmuş, tikintinin ümumi vəziyyəti, quraşdırılacaq su qurğularının gücü, əhatə dairələri ilə maraqlanmış, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Məlumat verilmişdir ki, Ağdam və Vahidli kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinə əsasən hər iki kəndi içməli su ilə təmin edəcək 8 ədəd müxtəlif ölçülü su anbarı inşa olunacaq, magistran su xəttlərinin uzunluğu 9881 metr olmaqla 211 bulaq quraşdırılacaqdır. Ağdam kəndinin əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması layihəsinə əsasən uzunluğu 1980 metr su xəttləri çəkiləcək və 1000 kubmetr tutumu olan su anbarı inşa ediləcəkdir.

Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsinə əsasən 7 ədəd subartezian quyusu qazılacaq, 14 ədəd müxtəlif ölçülü su anbarları inşa olunacaqdır.

Yuxarı Öysüzlü kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Öysüzlü arxı, Aşağı Öysüzlü kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Cəlal arxı, Dondar Quşçu kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Quşçu arxı yenidən qurulacaqdır. Hacıalılı kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri layihəsinə əsasən ümumi həcmi 1000 kubmetr su anbarı tikilərək özüaxımlı basqılı d=325 mm olan  3134 metr uzunluğa malik su kəməri çəkiləcəkdir.

Keçidlər