İcra başçısı şəhid Əhmədov Firuz Məzahir oğlu və Mahmudzadə Ülvü Məzahir oğlunun anım mərasimlərində iştirak edib
Ötən ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu baş gizir, Əhmədov Firuz Məzahir oğlu və Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, Mahmudzadə Ülvü Məzahir oğlu şəhid olmuşlar.
Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin şəhadətə qovuşmasının birinci ildönümüdür.
Tovuz Rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri ilə birgə şəhidlərin anım mərasimlərində iştirak edib, ailələrinə başsağlığı verib, qayğıları ilə maraqlanıb.
Allah şəhidlərimizə rəhmət eləsin!