İcra başçısı rayonun Hunanlar kəndində səyyar qəbul keçirib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov səyyar qəbul-görüşü rayonun Hunanlar kənd sakinləri ilə keçirib.
Hunanlar kənd klubunda keçirilən səyyar qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Qəbulda iştirak edən Hunanlar kənd sakinləri onları narahat edən məsələləri dilə gətiriblər. Bəzi müraciətlər yerindəcə həllini tapıb, digərlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri təşkil olunan səyyar qəbulların vacibliyini bildirərək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Azərbaycanm Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.