İcra başçısı rayonun Azaflı kəndində səyyar qəbul-görüş keçirib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Azaflı kənd tam orta məktəbində kənd sakinləri ilə keçirib.
Keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
RİH başçısı Məmməd Məmmədov görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlardan bəhs etmiş, həmin islahatların məntiqi nəticəsi olaraq bütün regionlarda, o cümlədən Tovuzda da vətəndaşların sosial-rifah halının yüksəldiyini, rayonumuzun hər keçən gün daha da inkişaf etdiyini vurğulayıb.
Sonra qəbula gələn Azaflı kəndinin sakinlərinin müraciətləri dinlənilib, həmin müraciətlərin həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıq edib və ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.