Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Kirən kəndində səyyar qəbul-görüş keçirib

06 oktyabr 2022 | 18:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən yerlərdə sakinləri narahat edən problemlərin müəyyən olunması və həll edilməsi məqsədilə mütamədi olaraq səyyar qəbul-görüşlər keçirilir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşü Kirən kənd inzibati ərazi dairəsinin tərkibində olan doqquz kəndin sakinləri ilə keçirilmişdir. Görüşdə RİH başçısı aparatının məsul işçiləri, rayon prokuroru, idarə, müəssisə və təşkilatların rəhbərləri  iştirak etmişlər.

Əvvəlcə RİH başçısı Məmməd Məmmədov sakinlər qarşısında çıxış edərək möhtərəm Prezidentimizin rəhbərliyi ilə əhalinin rifah halının yüksəldilməsi məqsədilə ölkənin hər yerində o cümlədən Tovuzda görülən işlərdən danışmış, insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımları diqqətə çatdırmış və bütün bu işlərin Azərbaycanın öz iqtisadi gücü hesabına görüldüyünü vurğulamışdır.

Daha sonra qəbulda iştirak edən sakinləri narahat edən məsələlər dinlənilmiş, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər