Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kəndlərdə ipəkqurdu yetişdirən kümçülərlə görüşüb

24 may 2022 | 09:13

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində Tovuzda da ardıcıl tədbirlər həyata keçirilir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun  Qaraxanlı, Xatınlı və Qədirli kəndlərində olan kümxanalarda barama yetişdirilməsinin mövcud vəziyyəti ilə maraqlanıb.

Kümdarlar tərəfindən icra başçısına məlumat verilib ki, ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Onlar qeyd edib ki, mövcud yem potensialından səmərəli istifadə olunur və bu il bol məhsul əldə ediləcəyindən əmindirlər. Baramaçılığa göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edən kümdarlar, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin bu sahəyə olan marağı xeyli artırdığını vurğulayıblar.

Qeyd etmək lazımdır ki, cari ildə rayonun 61 nəfər kümdarına ümumilikdə təhvil verilmiş 153 qutu tut ipəkqurdundan 5814 kq yaş barama tədarük edilməsi planlaşdırılır.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı  tapşırıq və tövsiyələrini verib.

Keçidlər