İcra başçısı Dünya Çempionu adını qazanmış idmançı ilə görüşüb
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Türkiyənin Van şəhərində 12-16 oktyabr tarixlərində Budo Döyüş Növləri üzrə 32 ölkənin 1132 idmançısının qüvvəsini sınadığı Dünya Çempionatında, Free kontakt idman növü üzrə 62 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək Dünya Çempionu adını qazanmış rayonumuzun idmançısı Elnur İbrahimovu qəbul etmişdir.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov idmançını qazandığı qələbə münasibəti ilə təbrik etmiş, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışmışdır. O, Dünya Çempionatında Free kontakt idman növü üzrə tovuzlu idmançının Dünya Çempionu adını qazanmasının çox qürurverici hal olduğunu bildirmiş və gələcək yarışlarda idmançımıza uğurlar arzulamışdır.
İdmançımız ölkə rəhbərliyinin ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qeyd etmişdir ki, bundan sonrada ölkəmizi və rayonumuzu layiqincə təmsil edəcəkdir.
Görüşün sonunda idmançı Elnur İbrahimova Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyə təqdim olunub.