Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Cüdo üzrə Avropa çempionatının mükafatçıları ilə görüşüb

20 iyun 2022 | 12:14

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Yunanıstanın Heraklion şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatında gümüş medal qazanmış  Qabil Qasımovu və bürünc medal qazanmış Ramil Muradovu qəbul etmişdir.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov idmançılarımızı qazandıqları qələbə münasibəti ilə təbrik etmiş, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışmışdır. O, cüdo üzrə milli yığmanın tərkibində tovuzlu idmançıların olmasını çox qürurverici hal olduğunu bildirmiş  və gələcək yarışlarda idmançılarmıza uğurlar arzulamışdır.

İdmançılar ölkə və rayon rəhbərliyinə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, bundan sonrada ölkəmizi və rayonumuzu layiqincə təmsil edəcəklər.

Görüşün sonunda idmançılara Tovuz rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər