Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Çeşməli kəndində səyyar qəbul keçirib

06 iyul 2022 | 17:17

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə ucqar dağ kəndlərindən biri olan Çeşməli kəndində səyyar qəbul-görüş keçirmişdir.

Əvvəlcə Məmməd Məmmədov kənd sakinləri qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yerlərdə vətəndaşlarla səyyar qəbul-görüş keçirildiyini bildirmiş və bu görüşlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. İcra başçısı ölkədə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilidiyini və buna uyğun olaraq rayonumuzda infrsatruktur və digər sahələrdə görülən işləri diqqətə çatdırmışdır.

Sonra Çeşməli inzibati ərazi dairəsinə daxil olan kəndlərdən səyyar qəbula gələn sakinlərin problemləri və onları narahat edən məsələlər dinlənilmişdir. Əsasən yol, elektrik və qaz təchizatı ilə bağlı olan müraciətlərin həll olunması ilə əlaqədar aidiyyəti idarə və təşkilatlara müvafiq göstərişlər verilmişdir.

Kənd sakinləri əhalinin sosial vəziyyəti və rifah halının yaxşılaşdırılması məqsədilə ölkədə görülən işlərdən məmnunluq duyduqlarını bildirmiş, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər