Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Cəlilli kənd sakinləri ilə  səyyar-qəbul görüş keçirib

09 mart 2023 | 17:50

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Cəlilli kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.

Səyyar qəbulda Cəlilli kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlərin həlli istiqamətində RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib.

Cəlilli kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər