Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Çatax kəndində səyyar qəbul-görüş keçirib

22 iyun 2022 | 12:16

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun ucqar dağ kəndlərindən olan Çatax kəndində hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələri rəhbərlərinin iştirakı ilə səyyar qəbul-görüş keçirib.

Kənd sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Tovuz rayonunda, o cümlədən Çatax kəndində həyata keçirilmiş tədbirlərdən bəhs etmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Səsləndirilən məsələlərin yerindəcə həll olunması ilə bağlı mövcud imkanlar müəyyənləşdirilmiş, həlli vaxt tələb edən müraciətlər ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir.

Çatax kəndinin sakinləri xalqın rifah halının yaxşılaşdılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətdən razılıqlarını ifadə etmiş, əhalinin problemlərinin yerində araşdırılması ilə bağlı kəndlərdə həyata keçirilən səyyar qəbulların əhəmiyyətini vurğulamışlar.

Keçidlər