Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Böyük Qışlaq kəndində səyyar qəbul keçirib

13 iyul 2022 | 20:05

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Böyük Qışlaq kəndində səyyar qəbul-görüş keçirmişdir.

Səfərli kənd tam orta məktəbində baş tutan səyyar qəbulda idarə müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Böyük Qışlaq kəndinin sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov ölkə Prezidentinin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini vurğulamış, bu sayədə vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində daha dəqiq addımlar atıla biləcəyini qeyd etmişdir. İcra başçısı vətəndaşların sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması üçün ölkədə həyata keçirilən təbirlər, bu istiqamətdə rayonda görülən işlər və infrastruktur layihələri barədə kənd sakinlərinə məlumat vermişdir.

Sonra qəbula gələn kənd sakinləri dinlənilib, onları narahat edən məsələlərin həll yolları araşdırılıb, müvafiq tapşırıq və tövsiyyələr verilib.

Kənd sakinləri ölkədə və rayonda görülən işlərdən razılıqlarını ifadə edərək, həyata keçirilən layihə və tədbirlərə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Keçidlər