İcra başçısı Abulbəyli kəndində səyyar qəbul keçirib
13 aprel 2023 | 17:11
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə Abulbəyli kəndində səyyar qəbul-görüş keçirib.
Səyyər qəbul-görüşdə Abulbəyli kənd sakinlərini narahat edən məsələlər dinlənilmişdir. Əsasən su, yol, elektrik və qaz təchizatı ilə bağlı olan müraciətlərin həll olunması üçün aidiyyəti idarə və təşkilatlara müvafiq göstərişlər verilib.
Kənd sakinləri əhalinin sosial vəziyyəti və rifah halının yaxşılaşdırılması məqsədilə ölkədə və rayonunmuzda görülən işlərə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.