Tovuz rayonunun Qaraxanlı kəndində səyyar qəbul-görüş keçirilib
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə rayonun Qaraxanlı kəndində səyyar qəbul-görüş keçirilib.
Əvvəlcə sakinlər qarşısında çıxış edən Məmməd Məmmədov cari il ərzində ölkə rəhbərliyi tərəfindən regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan addımlardan söz açıb, bu istiqamətdə rayonumuzda görülən işlərdən bəhs edib.
Daha sonra sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırdırılan problemlərin həlli istiqamətində əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət-qayğıya görə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.