Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısının növbəti səyyar qəbulu Koxanəbi kəndində baş tutub

14 oktyabr 2022 | 17:43

Tovuz rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov növbəti səyyar qəbul-görüşü Koxanəbi kənd sakinləri ilə keçirmişdir. Qəbul-görüşdə RİH başçısı aparatının məsul işçiləri, idarə, müsəssisə və təşkilatların rəhbər şəxsləri iştirak etmişlər.

RİH başçısı əvvəlcə kənd sakinləri qarşısında çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin son dövrlərdə əldə etdiyi diplomatik uğurlardan və daxili siyasətdən bəhs etmiş, həyata keçirilən bütün tədbirlərin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulamışdır.

Daha sonra səyyar qəbulda iştirak edən şəxslər dinlənmiş, səsləndirilən məsələlərin həlli istiqamətində aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir.

Koxanəbi sakinləri keçirilən səyyar qəbulların əhəmiyyətli olduğunu bildirmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə təşəkkülərini ifadə etmişlər.

 

Keçidlər