Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc Tibb İşçilərinin Konfransı” layihəsinin növbəti regional mərhələsi Tovuzda keçirilib

14 sentyabr 2026 | 09:44

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin gənc səhiyyə işçilərinin peşəkar inkişafına, sosial rifahına və regionlarda fəaliyyətlərinin davamlılığının dəstəklənməsinə yönəlmiş “Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib.

Tovuz rayonunda keçirilən tədbir Gəncə şəhəri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarından olan gənc tibb işçilərini bir araya gətirib.

Konfransın açılışında dövlət və səhiyyə qurumlarının, həmkarlar ittifaqı strukturlarının və yerli təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirak edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov gənc tibb işçilərinin inkişafına, onların peşəkar və şəxsi potensialının gücləndirilməsinə xidmət edən belə bir tədbirin Tovuzda keçirilməsini yüksək qiymətləndirib.

Konfrans çərçivəsində gənc tibb işçilərinin peşəkar inkişafı, regionlarda fəaliyyət imkanları, sosial rifahı və qarşılaşdıqları aktual çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün ən dinamik hissələrindən biri “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış”da komandalar tibbi bilik, klinik düşünmə, analitik yanaşma və komanda işi üzrə müxtəlif tapşırıqları yerinə yetiriblər. Yarışın yekununda qalib komanda müəyyənləşdirilib və mükafatlandırılıb.

Layihənin növbəti regional mərhələlərinin ölkənin digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər