Şriftin ölçüsü :

Saytın rəngi :

Əsrik Cırdaxan kəndində səyyar qəbul görüş keçirilib

16 mart 2023 | 20:08

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Əsrik Cırdaxan kəndində keçirilib.

Səyyar qəbula gələn sakinlər söz alaraq onları narahat edən müraciətləri səsləndiriblər. RİH başçısı Məmməd Məmmədov müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlara lazımi tapşırıqlar vermişdir.

Əsrik Cırdaxan kəndinin sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirilblər.

Keçidlər