Şriftin ölçüsü :

Saytın rəngi :

Əlibəyli kəndində şəhid Rzayev Namiq Qənbər oğlunun xatirəsinə inşa edilən bulaq kompleksi istifadəyə verilib

05 iyul 2022 | 17:42

Tovuz rayonun sərhəd kəndlərindən olan Əlibəyli kəndində şəhid Rzayev Namiq Qənbər oğlunun xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Tovuz rayon  İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, RİH başçısı aparatının məsul işçiləri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri  və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə kənd qəbristanlığında şəhidlərimizin məzarı və Əlibəyli kənd Şəhidlər Xiyabanı ziyarət olunub.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

RİH başçısının birinci müavini Rəşad Zeynalov çıxış edərək Əlibəyli kəndinin sakinlərinin göstərdiyi qəhrəmanlıqdan bəhs etmiş, bu sayədə bir qarış belə torpağımızın işğal olunmadığını diqqətə çatdırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyəti vurğulanmışdır. 

Sonra şəhid Namiq Rzayevin anası Nabat Rzayeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, şəhidin yaxınları və döyüş yoldaşları çıxış edərək şəhidimizlə bağlı xatirələrini danışmış, Vətən müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlardan bəhs etmişlər. Çıxış edənlər şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Qeyd edək ki, Namiq Qəmbər oğlu Rzayev 3 iyun 1972-ci ildə Tovuz rayon Əlibəyli kəndində anadan olub. Əlibəyli kəndində boya-başa çatan Namiq Rzayev, 1992-ci il 26 noyabr tarixində doğma kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər