ELAN
15 mart 2024 | 14:14
Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə 19 mart 2024-cü il tarixində saat 11:00-dan başlayaraq Heydər Əliyev Meydanında Novruz şənliyi təşkil ediləcəkdir. Şənlikdə bayram tonqalı yandırılacaq, etnoqrafik səhnələr nümayiş olunacaq və tədbir musiqili konsert proqramı ilə davam etdiriləcəkdir.
Hörmətli tovuzlular və rayonumuzun qonaqları Sizləri Novruz şənliyində iştirak etməyə dəvət edirik.