Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Tovuz rayonunda bayram sovqatı paylanmışdır
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Tovuz rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə ümumilikdə 1090 ailəyə bayram sovqatı paylanmışdır.
Şəhid ailələrin, Qarabağ müharibəsi əlillərin və aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirilməsi cənab Prezident İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində saxlanılır, onlara maddi və mənəvi dəstək göstərilir.
Bayram sovqatı alan ailələr onların sosial vəziyyəti ilə bağlı həyata keçirilən dövlət siyasətindən razılıqlarını ifadə etmiş, cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.