Bu gün lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş hərbi qulluqçuların məzarları ziyarət olunub.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri lokal xarakterli antiterror tədbirlər zamanı şəhid olmuş Tovuz rayon Vahidli kəndində MAHHXQ əsgər Abdullayev Asim Cavanşir oğlunun, Əlimərdanlı kəndində əsgər Cəfərov Rəvan Məhəmmədəli oğlunun məzarları ziyarət edib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri qoymuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Şəhidlərin valideynlərinə baş sağlığı verib. M.Məmmədov bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur. Qəhrəmanlıq dastanı olan Şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.
Allah şəhidlərimizə rəhmət eləsin!