Şriftin ölçüsü :

Saytın rəngi :

Azərtac : Qızıl Aypara Cəmiyyətinin könüllülərinə qan donorluğu və talassemiya haqqında məlumat verilib

07 dekabr 2022 | 17:39

“Tovuz Gənclər Evi”də “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin (AzQAC) Tovuz rayon bölməsinin və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) birgə təşkilatçılğı ilə “Sağlam olaq – donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.

AZƏRTAC-a AQDİM-in mətbuat xidmətindən bildirilib ki, tədbirdə qan verməyin insan orqanizmində hüceyrələrin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, başağrısı, stres, yüksək qan təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir etdiyi qeyd edilib. Qan verən insanda ürək xəstəliklərinin başvermə riski 90 faiz aşağı düşür və qanın təhlükəsiz olduğuna əmin olmaq üçün donor hər dəfə qan analizi verir.

Eyni zamanda, AzQAC-ın Tovuz Rayon bölməsinin könüllülərinə qanaxmalar zamanı qanın dayandırılması üsulları, sınıq-çıxıq və zədələnmələr zamanı zədələnən ətrafın fiksasiya edilməsi üsulları, döş qəfəsinin ağrıları, zədələnmələri və yaralanmaları, o cümlədən tənəffüs yoluna yad cismin düşməsi zamanı göstəriləcək ilk yardım qaydaları nümayiş olunub.

Tədbirin sonunda AzQAC-ın Tovuz rayon bölməsi və AQDİM arasında birgə tədbirlər planı haqqında razılıq əldə olunub.

Keçidlər