Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Tovuz rayon filialının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində tədbir keçirilib.

08 may 2023 | 17:47

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Tovuz rayon filialının təşəbbüsü ilə  Yeni Azərbaycan Partiyasının Tovuz rayon Təşkilatının akt zalında tədbir keçirilib.

Tədbirdə Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, YAP Tovuz rayon Təşkilatının sədri Nihad Pənahov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Tovuz rayon filialının sədri Əli Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, rayonun müharibə veteranları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Tovuz şəhər meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir açıq elan olunub.

Nihad Pənahov, Əli Əliyev və Etibar Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə siyasi sabitliyin təmin olunduğunu, nəticədə Azərbaycanda bütün sahələrdə intibah dövrünün yaşandığını və beynəlxalq arenada dövlətimizin layiqincə təmsil olunduğunu bildiriblər. Ümummilli Lider Heydər Əliyevin veteran hərəkatının inkişafında və veteran təşkilatlarının yaradılmasında göstərdiyi xidmətlərini, 1994-cü ildə “Veteranlar haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsində rolunu, şəhid ailələrinin üzvlərinə və müharibə iştirakçılarına daim diqqət-qayğı göstərdiyini qeyd ediblər.

Keçidlər