Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov Tovuzda “Uğur” ağır atletika klubunda olub.

24 sentyabr 2022 | 11:02

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda bu il yaradılan “Uğur” ağır atletika klubunu ziyarət ediblər.

Klubda yaradılan şəraitlə tanış olan Federasiya Prezidenti İnam Kərimov və RİH başçısı Məmməd Məmmədov, həmçinin idmançılarla görüşərək fikirlərini bölüşüb, tövsiyələrini verib, keçirləcək ölkədaxili və beynəlxalq yarışlarda onlara uğurlar arzulayıblar.

Keçidlər