Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin şəhidi gizir Cəfərov Mirsalam Təvəkkül oğlunun məzarı ziyarət olunub

11 aprel 2024 | 13:19

Bu gün Tovuz rayonunun Bayramlı kəndindən olan, Aprel düyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Mirsalam Təvəkkül oğlu Cəfərovun məzarı ziyarət olunub.

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri Mirsalam Cəfərovun məzarını ziyarət edib, önünə gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.

Mirsalam Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Keçidlər