Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin şəhidi gizir Cəfərov Mirsalam Təvəkkül oğlunun məzarı ziyarət edilib

07 aprel 2023 | 15:11

Bu gün Tovuz rayonu Bayramlı kəndindən olan şəhidimiz gizir Mirsalam Təvəkkül oğlu Cəfərovun məzarı ziyarət edilib.Mirsalam Cəfərov Aprel düyüşləri zamanı şəhid olmuşdur.

Tovuz rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri Mirsalam Cəfərovun məzarını ziyarət edib, önünə gül dəstələri qoyub və ruhuna dualar oxuyublar.

Mirsalam Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

 

 

Keçidlər