Şriftin ölçüsü :

Saytın rəngi :

Abulbəyli kəndində icra başçısı səyyar qəbul-görüş keçirib

29 iyun 2022 | 18:22

Tovuz rayonunun Abulbəyli kəndində rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun rəhbərliyi, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələri rəhbərlərinin iştirakı ilə səyyar qəbul-görüş keçirilib.

Əvvəlcə kənd sakinləri qarşısında çıxış edən Məmməd Məmmədov möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində, o cümlədən Tovuz rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr və tədbirlər barədə ətraflı məlumat vermişdir.

Sonra kənd sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Səsləndirilən bir sıra müraciətlərin yerinə yetirilməsi ilə bağlı göstəriş verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən Abulbəyli kəndinin sakinləri razılıqlarını bildirərək, ölkə başçısına təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər