Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Novruz bayramı ərəfəsində şəhid ailələrinə baş çəkib
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Məhz onların göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımızın işğalına son qoyulub. Vətən uğrunda canlarından keçən hər bir şəhidimizin xatirəsi dövlətimiz və xalqımız tərəfindən uca tutulur.
Tovuz rayonunda da şəhid ailələri mütəmadi olaraq ziyarət olunur, onların istək və arzuları öyrənilir və həlli istiqamətində lazımi işlər görülür.
Bu günlərdə, Novruz bayramı ərəfəsində İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bir qrup şəhid ailəsini evlərində ziyarət etmişdir. O, Qovlar şəhərində Həsənov Xətai Xaliq oğlu, Düz Cırdaxan kəndində Əsgərov Kamran Bayram oğlu, Cəlilli kəndində Zeynallı İlqar Ayaz oğlu, Aşağı Mülkülü kəndində Eminalıyev Orxan Eyvaz oğlu, Xatınlı kəndində Əmrahov Vüqar Mübariz oğlu, Qaraxanlı kəndində Vəlixanov Rövşən Aydın oğlu, Abulbəyli kəndində Aslanov Röyal Elzar oğlu, Mahmudov Emin Pünhan oğlu, Aşağı Öysüzlü kəndində Mehdiyev Seymur Hüseyn oğlu, Zeynallı Fikrət Akif oğlu, Yuxarı Öysüzlü kəndində Ələsgərov Yusif Yaşar oğlu, Əkbərov Vüqar Seyid oğlu, Yusifov Münasib Mübariz oğlu, Əhmədov Elmar Elşən oğlu, Əlibəyli kəndində Həsənov Sərxan Habil oğlu, Hüseynov Anar Hüseyn oğlu, Ağdam kəndində Yusifov Elburus Şəmsi oğlu, Dondar Quşçu kəndində Quliyev Ruslan Şaxsəddin oğlu, Quluyev Hüseyn Həbib oğlu, Əliyev Əmrah Ürfət oğlu, Aşağı Quşçu kəndində Qurbanlı Elvin Mehman oğlu, Süleymanov Füzuli Bahadur oğlu, Ələsgərov Həsrət Vahid oğlu, Aslanov Atəş Yusif oğlu, Verdiyev Elburus İlyas oğlu, Hüseynov Rəcəb Nazim oğlu, Poladov Elçin Adil oğlu, Aran kəndində Heydərov Vasif Nazim oğlunun ailələrinə baş çəkmişdir.
İcra Hakimiyyətinin başçısı şəhidlərin valideyinləri ilə birlikdə onları anmış, xatirələrini yad etmiş, şəhidlərimizin hamısının Azərbaycanın haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdiyini, onların həyat yolunun bundan sonrakı nəsillərə örnək olduğunu vurğulamışdır.
Şəhidlərimizin döyüş yolundan söz açan valideyinlər övladlarının qəhrəmalığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan, xüsusilə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi hörmətdən, bu istiqamətdə qəbul etdiyi qərarlardan və verilən tapşırıqlardan razı qaldıqlarını bildiriblər.