Ötən il Tovuz rayonu üzrə 224 fərdi yaşayış evi istifadəyə verilib
12 mart 2021 | 16:00
Keçən il Tovuz rayonu üzrə iqtisadiyyatın və sosial sahənin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 76139,8 min manat investisiya yönəldilib.
Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, investisiyaların həcminin 91,7 faizi dövlət, 8,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsusdur.
Hesabat dövründə dəyəri 5614 min manat, ümumi sahəsi 25116 kvadratmetr olan 224 fərdi yaşayış evi istifadəyə verilib. Fərdi yaşayış evlərinin 151-i kənd, 73-ü şəhər ərazisində tikilib. Hesabat dövründə tikinti təşkilatlarında bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 452,7 manat olub.