Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elşad Məmmədovun ikinci övladı dünyaya gəldi

04 mart 2021 | 16:00

Məlum olduğu kimi keçən il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd göstərib. Düşmənə qarşı aparılan döyüş əməliyyatlarında iştirak edən Tovuz rayonunun Ağdam kənd sakini, hərbi qulluqçu Məmmədov Elşad Dönməz oğlu şəhidlik zirvəsinə yüksəlib. Şəhidin bu günlərdə ikinci oğlan övladı dünyaya gəlib.

Bu gün Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidin ailəsinə baş çəkiblər. Şəhidimizin ikinci övladının dünyaya gəlməsi münasibətilə ailə üzvlərinə göz aydınlığı verərək Şəhid Elşad Məmmədovun vətənin müdafiəsində göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə şəhid ailələrinin və qazilərin qayğıları dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin xatirəsi daim yaddaşlarda qalacaq.

Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər.

Keçidlər