Tovuz rayon İcra Hakimiyyətinin başçısı Şəhid ailələri ilə görüşüb
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Məsimov Rauf Qafar oğlunun və Cəlilov Elcan Famil oğlunun ailə üzvləri ilə görüşüb.
Görüş zamanı RİH başçısı Məmməd Məmmədov qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib, şəhidlərimizin qanı yerdə qalmayıb. Tovuz rayonunda da bütün şəhid ailələrinin sosial qayğılarının həmişə diqqət mərkəzində saxlanılır, onları maraqlandıran məsələlərin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Şəhid ailələrinin müraciətləri diqqətlə dinlənilib. Şəhid ailələri onlara daim qayğı ilə yanaşan ölkə başçısına minnətdarlıq edib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər. Hər iki şəhid ailəsinin qaldırdığı məsələlər ətrafında araşdırılmaların aparılması və hüquqi qaydada həll olunması barədə tapşırıqlar verilib.