Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya ilə bağlı Müraciəti

11 aprel 2016 | 16:00

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya ilə bağlı Müraciəti AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət edildi.
Hörmətli həmvətənlər və dünya türkləri, AVCİYA olaraq və petisiyanın qeydə alınması üçün ən azı 100 min nəfərin müraciəti (elektron) imzalaması zərurətini nəzərə alaraq, Sizə müraciət edirik:
İşğalçı Ermənistanı bütün dünyada ifşa etmək üçün;
Son günlər təmas xəttində Ermənistan təxribatlarının artması və bu təxribatların qarşısının alınması istiqamətində aparılan hərbi əməliyyatlara, vətən uğrunda mübarizəyə dəstək, Ermənistan dövlətinin çirkin informasiya hücumlarına qarşı birləşmək üçün; Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün milli həmrəyliyin vacibliyini nəzərə alaraq; Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin işğaldan azad olunmasına dəstək olmaq üçün; Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına qayıtması naminə.
Bu petisiyanı imzalamağa və mümkün vasitələrlə bu məlumatın daha geniş auditoriyada yayılmasına yardım etməyə çağırırıq.
Qeyd: Petisiyaya bu linkdən səs verə bilərsiniz:

https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

Hər bir səs verən tovuzludan xahiş edirik ki, sayt tərəfindən sizə göndərilən “Thank you…” cümləsi olan təşəkkür səhifəsinin linkini kopyalayıb özününüzün elektron poçt ünvanınızdan rayon üçün xüsusi açılmış elektron poçta (tovuz.petisiya@gmail.com) göndərəsiniz.

Keçidlər