İcra başçısı Şəhid ailələrinin üzvləri ilə görüşüb
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Şəhid ailələri ilə görüş keçirib.
Görüşdə iştirak edən şəhid Vəlixanov Rövşən Aydın oğlunun anası Rəfiqə Vəlixanova və qardaşı Yaşar Vəlixanov, şəhid Abbasov Zülfüqar Bayram oğlunun arvadı Aytən Abbasova şəhid ailələri ilə keçirilən görüşlərin ənənəyə çevrilməsindən, onları maraqlandıran məsələlərin həllinə operativ yanaşılmasından razılıqlarını bildirmiş, ailələrinin sosial vəziyyətindən söz açmış, onları narahat edən müəyyən məsələləri dilə gətirmişlər.
Şəhid ailələrinin müraciətləri diqqətlə dinlənilmişdir. Şəhid ailələrinə göstərilən dövlət qayğısı, bu istiqamətdə möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul olunan qərarlar və icrası sahəsində həyata keçirilən tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir. Tovuz rayonunda da bütün şəhid ailələrinin sosial qayğılarının həmişə diqqət mərkəzində saxlanıldığı, onları maraqlandıran məsələlərin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi qeyd olunmuşdur. Hər iki şəhid ailəsinin qaldırdığı məsələlər ətrafında araşdırılmaların aparılması və hüquqi qaydada həll olunması barədə tapşırıqlar verilmişdir.