Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRTAC: Tovuzda ödənişli xidmətlərin həcmində qeyri-dövlət mülkiyyətinin xüsusi çəkisi 78 faiz olub

19 fevral 2021 | 16:00

Keçən il Tovuz rayonu üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 465912 min manat olub. Rayon üzrə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1338 min manat və ya 0,3 faiz azalıb.

Pərakəndə ticarət dövriyyəsinin strukturunda ərzaq mallarının xüsusi çəkisi 72,4 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 27,6 faiz təşkil edib.

Ödənişli xidmətlərin həcmində dövlət mülkiyyətinin xüsusi çəkisi 22 faiz, qeyri-dövlət mülkiyyətinin xüsusi çəkisi 78 faiz təşkil edib.

Keçidlər