Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi iştirakçıları ilə görüşüb

12 fevral 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov növbəti dəfə Vətən müharibəsinin iştirakçıları ilə görüşüb.

Görüşdə iştirak edən müharibə iştirakçıları Yusif Hümmətov, Səlim Hüseynov, Elnur Qarayev, Elnur Nağızadə, Şapur Hüseynzadə, Vüqar Aslanov, Səxavət Hüseynov və Elçin Müseyibov şanlı Azərbaycan Ordusu sıralarında keçdikləri döyüş yolundan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, qətiyyətindən, iradəsindən və əzmindən iftixarla danışmışlar. Vətən Müharibəsində xidmətlərinə görə möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunduqlarını bildirən döyüşçülər Ordu sıralarında qulluq etməkdən şərəf duyduqlarını, lazım olan anda Vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov onların sağlamlıq durumu, məişət problemləri, ailələrinin qayğıları ilə maraqlanmış, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verən rayon rəhbəri həmişə onların yanında olduğunu diqqətə çatdırmışdır.

 
 
 
Keçidlər