Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Şəhid ailəsi ilə görüşdü

11 fevral 2021 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş  Qurbanov Vahid Elşad oğlunun ailə üzvləri ilə görüşmüşdür.

Şəhidin anası Nurlana Qurbanova ailənin sosial vəziyyəti, məşğuliyyəti və qayğıları barədə məlumat vermiş, Vətən Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlu Vahid Qurbanovun xatirəsinə yüksək ehtiram göstərildiyinə, həmişə yad olunduğuna görə razılığını ifadə etmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən oğlunun döyüş əməliyyatlarında göstərdiyi igidlik və şücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsi valideyinlər üçün çox qürurverici olduğunu bildirmişdir.

Şəhid Vahid Qurbanovun ailə üzvləri ilə görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bütün şəhidlərimizin ruhuna dərin ehtiramını ifadə etmiş, şəhidin ailə üzvlərinin sağlamlıq vəziyyəti, məişət şəraiti, güzaranı ilə maraqlanmışdır. O, torpaqlarımızın işğaldan azad olunması yolunda canlarından keçən Şəhidlərimizin hər birinin xalqımızın yaddaşında əbədi yaşadığını, gənc nəslin vətənpərvərlik tərbiyəsində şəhidlərimizin keçdiyi həyat yolunun mayak olduğunu, bundan sonra da onların döyüşlərdə nümayiş etdirdikləri qəhrəmanlıqların öyrəniləcəyi barədə fikirlərini bölüşmüşdür.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr barədə danışan rayon rəhbəri Şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam edəcəyini diqqətə çatdırmışdır. Tovuz rayonunda şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların hamısının əziz xatirəsinin uca tutulduğu, şəhid ailələrinin qayğılarının diqqətdə saxlanıldığı qeyd edilmişdir.

Keçidlər