Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi

09 fevral 2021 | 16:00

Şəhid ailələri, qazilər, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Tovuz rayonunda da diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri onları evlərində ziyarət edir, sağlamlıq vəziyyəti, müalicəsi və məişət şəraiti ilə maraqlanırlar.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Tovuz şəhərində qazi Məmmədov Şamil Rəfail oğlunun ailəsində olmuş və onunla görüşmüşdür. Səmimi söhbət zamanı qazi Şamil Məmmədov Silahlı Qüvvələrin sıralarında keçdiyi döyüş yolundan, Ordumuzun döyüş qabiliyyətindən, vətənpərvərlik ruhundan, Ali Baş Komandana sonsuz inamdan danışmış, Vətən Müharibəsində sağlamlığını qismən itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov uzun illərdir işğal altında olan torpaqlarımızın məhz igid əsgər və zabitlərimizin göstərdiyi şücaət nəticəsində azadlığa qovuşduğunu qeyd edərək, rəşadətli Azərbaycan Ordusunun   şəxsi heyyətinin tərkibində Vətən Müharibəsində iştirak etdiyinə və hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirdiyinə görə qazi Şamil Məmmədova, onun valideyinlərinə təşəkkürlərini bildirmiş və Ş.Məmmədova bundan sonrakı həyat yollarında uğurlar diləmişdir.

Qazinin atası Rəfail Məmmədov Vətən müharibəsi iştirakçılarının qayğılarını daim diqqətdə saxladıqlarına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər