Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayon İcra Hakimiyyətinin başçıcı təhsil müəssisələrində ənənəvi tədrisin qismən bərpa olunması ilə əlaqədar məktəblərdə olmuşdur

01 fevral 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə”  22 yanvar 2021-ci il tarixli Qərarına əsasən 2021-ci ilin fevral ayının 1-dən etibarən  təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilib. 

Bu gündən etibarən məktəbə hazırlıq qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkilinə başlanıb.

Rayon ərazisində ibtidai siniflər üzrə əyani təhsilin 34 məktəbdə həftədə 5 dəfə olmaqla, digər məktəblərdə isə növbəlilik qaydasında həftədə 3 dəfə olmaqla təşkil olunması nəzərdə tutulub. Bütövlükdə rayonun təhsil müəssisələrində 9435 şagird ibtidai siniflərdə, 1812 nəfər isə məktəbəqədər hazırlıq qruplarında təhsilini davam etdirəcəklər.  

Məktəblərdə əyani tədrisin təşkili vəziyyəti ilə yerində tanışlıq məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Adil Qasımov adına Tovuz şəhər tam orta məktəbində və Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində olub. 

Sevinc hissləri keçirən şagirdlər uzun fasilədən sonra doğma məktəblərinə qovuşub. Hər iki məktəbdə bütün göstəricilər üzrə ən müasir tələblərə cavab verən şərait yaradılmışdır. Belə ki, 2020-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Tovuz şəhərindəki A.Qasımov adına məktəbin, həmçinin Bozalqanlı kənd tam orta məktəbinin yeni binaları tikilib istifadəyə verilmiş və müasir avadanlıqlarla təmin edilmişdir.

Pedaqoji kollektivlərin üzvləri və şagirdlərlə aparılan söhbətlər zamanı onların tədrisə yeni tarixi dönəmdə başladığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi və qətiyyəti sayəsində Vətən müharibəsində əldə olunan böyük Qələbədən məmnunluqları, təhsilə göstərilən dövlət qayğısından razılıqları müşahidə edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov xüsusi karantin rejimi dövründə tədris prosesinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr vermişdir.

Keçidlər