Tovuz rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tovuz rayonunda vaksinasiya prosesinin birinci mərhələsi davam etdirilir.
Bu günə kimi rayon sakinləri arasında 815 nəfər, o cümlədən 39 nəfər 65 yaşdan yuxarı, 384 nəfər 50-65 yaş arası, 392 nəfər 50 yaşadək COVİD-19 infeksiyasına qarşı peyvənd edilmişdir.
Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə - səhiyyə işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilmiş heyətə könüllülük əsasında vurulur.